...

Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər

Cəmiyyət Materials 9 Mart 2010 13:40 (UTC +04:00)
Azərbaycan nümayəndələri Yaxın Şərq ölkələri KİV nümayəndələrinin forumunda iştirak edəcəklər. Bu barədə çərşənbə axşamı Trend News-a "Yeni Zaman" qəzetinin baş redaktoru Şakir Habiloğlu məlumat verib.
Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir T.Hacıyev/

Azərbaycan nümayəndələri Yaxın Şərq ölkələri KİV nümayəndələrinin forumunda iştirak edəcəklər. Bu barədə çərşənbə axşamı Trend -a "Yeni Zaman" qəzetinin baş redaktoru Şakir Habiloğlu məlumat verib.

Habiloğlu bildirib ki, martın 11-dən 14-nə qədər Türkiyənin Ankara və İstanbul şəhərlərində keçiriləcək tədbirdə Yaxın Şərq ölkələri - Misir, Qətər, Tunis, Yəmən, Oman, İraq, İordaniya, İran, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Livan, Liviya, Küveyt, Sudan, Kipr və Azərbaycandan olan KİV nümayəndələri iştirak edəcəklər.

"Tədbir çərçivəsində nümayəndə heyətlərinin Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlərinin keçirilməsi də nəzərdə tutulur", - Habiloğlu əlavə edib.

"Azərbaycan nümayəndə heyətinin çıxışlarında ABŞ Konqresi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qəbul olunan qətnamə, Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin mövqeyi və digər məsələlərə yer veriləcək", - Habiloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti