...

Azərbaycan Parlamentinə Amnistiya aktı layihəsi təqdim ediləcək

Cəmiyyət Materials 10 Mart 2010 12:11 (UTC +04:00)
"Amnistiya aktı ilə bağlı layihə hazırdır və onu Novruz Bayramından sonra Milli Məclis Aparatına təqdim edəcəyik", - çərşənbə günü Trend News-a Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycan Parlamentinə Amnistiya aktı layihəsi təqdim ediləcək

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının deputat qrupu Amnistiya aktı layihəsini Novruz Bayramından sonra Parlamentə təqdim edəcək.

"Amnistiya aktı ilə bağlı layihə hazırdır və onu Novruz Bayramından sonra Milli Məclis Aparatına təqdim edəcəyik", - çərşənbə günü Trend -a Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanin birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Novruz Bayramı ərəfəsində qəbul edilmiş Amnistiya aktı 9564 şəxsə tətbiq olunub.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində, 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra, qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilib, o cümlədən, təxminən, 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.

Hüseynin sözlərinə görə, hər hansı deputat və ya deputat qrupu parlamentə belə layihə  təqdim etməzsə, onlar 28 May - Respublika Günü ərəfəsində özlərinin hazırladıqları layihənin müzakirəyə çıxarılmasına çalışacaqlar.

"Amnistiya ilə bağlı layihəni başqa deputatlar da hazırlaya bilərlər. Əgər başqa deputatların təşəbbüsü ilə amnistiya layihəsi Milli Məclisə təqdim olunacaqsa, biz həmin layihəni də dəstəkləyəcəyik", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti