...

Azərbaycan diplomatiyasının tarixi haqqında kitab nəşr olunub

Cəmiyyət Materials 15 Mart 2010 17:25 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan diplomatiyasının tarixi haqqında kitabın ilk cildini nəşr edib.
Azərbaycan diplomatiyasının tarixi haqqında kitab nəşr olunub

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu  Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan diplomatiyasının tarixi haqqında kitabın ilk cildini nəşr edib.

"Azərbaycan. Beynəlxalq münasibətlərin və diplomatiyanın tarixi. 1639-1828-ci illər" adlanan birinci cild 50-yə yaxın müxtəlif sənədi əhatə edir. Onların çoxu orijinal variantda dərc olunub. Kitab 1828-ci ildə Rusiya və İran arasında bağlanmış "Türkmənçay müqaviləsi" ilə başa çatır.

"Kitab Azərbaycanın tarixində həlledici rol oynayan dövlətlərarası müqavilələri və digər xarici siyasi aktları əhatə edir", - kitabın həmmüəllifi, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib. "Azərbaycan diplomatiyasının qədim kökləri var. Hələ Ağqoyunlu dövlətinin dünyanın 30 ölkəsi və bir çox səfirliklə diplomatik əlaqəsi var idi. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı problemləri dünya səviyyəsində həll edirdi", - o deyib.

İnstitut rəhbəri Azərbaycanın təminatlı vətəndaşlarının, həmçinin, dövlət məmurlarının Azərbaycan tarixinə həsr olunmuş kitabların nəşrini maliyyələşdirməyə maraq göstərməməsindən təəssüfləndiyini bildirib.

Kitabın digər həmmüəllifi Kərim Şükürovdur.

Nəşrin ikinci cildinin 1829-cu ildə Osmanlı İmperiyası və Rusiya arasında müqavilədən başlayaraq, 1918-ci ilin aprelinə kimi olan dövrü, üçüncü cildin Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərini, dördüncü cildin isə 1920-1991-ci illərdə Sovet dövrünün sənədlərini əhatə edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti