...

AFFA prezidenti "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən qalmaqala münasibətini açıqlayıb

Cəmiyyət Materials 30 Mart 2010 14:30 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən qalmaqala münasibətini açıqlayıb.
AFFA prezidenti "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən qalmaqala münasibətini açıqlayıb

Azərbaycan, Bakı, 20 mart / Trend , muxbir E.İsmayılov/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən qalmaqala münasibətini açıqlayıb.

"Azərbaycan futbolunun böyük inkişafı var. Ona görə də böyük ajiotaj var və olmalıdır, ancaq həddini aşmamalıdır", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

Martın 27-də "Unibank" premyer-liqasının XXV turunda Lənkəranda "Xəzər Lənkəran" Bakının "Neftçi" klubu ilə qarşılaşıb. "Xəzər Lənkəran" komandasının rəhbərliyi və bəzi futbol mütəxəssislərinin fikrincə, FİFA referisi Əfqan Həmzəyev də daxil olmaqla, hakimlər briqadası oyunda "Neftçi"nin xeyrinə olan bir neçə şübhəli qərar verib, nəticədə oyun qolsuz - heç-heçə başa çatıb.

"Xəzər Lənkəran" klubunun azarkeşləri və bəzi futbol mütəxəssisləri bu oyundan sonra PFL-i də seyrçi mövqe tutmaqda qınayıb. Oyun zamanı hakimə və AFFA nümayəndəsinə müdaxilələr olub.

Abdullayevin sözlərinə görə, dünən AFFA-nın ekspert qrupları oyunda baş verənlərə baxıb.

"Bu gün qurumun Ekspert Qrupunun rəyi açıqlanacaq", - AFFA prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti