Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın yunior qrup komandası bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi çərçivəsində Rusiyada keçirilən "Sankt-Peterburq inciləri" beynəlxalq yarışda 3-cü yeri tutublar.
İradə Ağazadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət dördlük iki tapşırığın yekununda yalnız Rusiya və Belarus komandalarından geridə qalıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyiir.
" "Göy qırov" kompozisiyasının sədaları altında dörd halqa ilə və "Karnaval" sədaları altında dörd lentlə gimnastlar nəticədə, çoxnövçülükdə "bürünc" medala layiq görülüblər. Kollektiv elə həmin musiqi sədaları altında 10 gündən sonra Beremendə start götürəcək Avropa Çempionatında iştirak edəcək və ümüd edirik, pis nəticə ifa etməyəcəyik. Hələki "Avro-2010"un həm fərdi, həm də qrup iştirakçıları aprelin 13-dək - komandanın Almaniyaya yola düşəcəyi günədək paytaxtın Olimpiya İdman Kompleksində məşq edəcəklər", - ölkənin yığma komandasının baş məşqçisi Mariana Vasilyeva qeyd edib.
Dünya Kubokunun mərhələsində çıxış edən Anna Qurbanova çoxnövçülükdə yeddinci yeri tutaraq, bütün dörd finala buraxılış əldə edib. Final turnirində onun ən yaxşı nəticəsi həmçinin lentlə 7-ci sıra olub.