...

Azərbaycan boksçuları iki beynəlxalq yarışda iştirak edəcək

Cəmiyyət Materials 5 Aprel 2010 13:16 (UTC +04:00)
Azərbaycan boksçuları aprelin 6-12-də iki beynəlxalq yarışda iştirak edəcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Azərbaycan boksçuları iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan boksçuları aprelin 6-12-də iki beynəlxalq yarışda iştirak edəcək. Bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Sovet İttifaqı Qəhrəmanı K.Korotkovun xatirəsinə həsr edilən Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın 5 boksçusu - Ramal Əmanov, Elvin Məmişzadə, İlkin Ağayev, İsmət Eynullayev və Ramil Əliyev iştirak edəcəklər. Boksçuları məşqçi Nəriman Abdullayev müşayiət edəcək.

Həmin dövrdə, aprelin 6-dan 12-nə kimi 11 Azərbaycan boksçusu - Maqomed Əbdülhəmidov, Elşən İsmayılov, Heybətulla Hacıəliyev, İmil İksanov, Sadiq Eynullayev, Emil Məhərrəmov, Nicat İbrahimov, Rahib Bəylərov, Ramazan Maqomedov, Rəşad Abdullayev, Fərid Paşayevin iştirakı ilə Türkiyənin paytaxtı Ankara şəhərində beynəlxalq yarış keçiriləcək. Bu yarışda idmançıları baş məşqçi Yu Cesus müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti