Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Cəfərov/
Azərbaycan şairləri İranda keçiriləcək dünya şairlərinin birinci beynəlxalq konfransında iştirak edəcək. Konfransa dünyanın 29 ölkəsindən 51 şair dəvət olunub. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat yayıb.
Məlumata əsasən, konfrans aprel ayının axırında İranın Tehran, İsfahan və Şiraz şəhərlərində keçiriləcək. Konfransa Azərbaycanla yanaşı, Albanya, Türkiyə, Əfqanıstan, Ermənistan, Bolqarıstan, Banqladeş, Pakistan, Peru, Tacikistan, Tunes, Çin, Rusiya, Romaniya, Serilanka, Danimarka, Hollandiya, Sudan, Suriyə, Qazağıstan, Qırğızıstan, Filipin, Qətər, İraq, Hindistan, Yunanıstan və s. ölkələrdən şairlər dəvət olunub.