Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
"Vətəndaş Cəmiyyətində Dialoq" İctimai Gənclər Təşkilatı Azərbaycan Gənclər və İdman Nazirliyi, Gənclər və İdman İdarəsi və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə aprelin 6-9-da Şəki şəhəri gənclərinin ictimai fəaliyyətinin aktivləşdirilməsi üzrə tematik təlimlər keçirib.
Təlimlər uğurlu karyera yüksəlişi üçün lazımi praktiki bacarıqların əldə edilməsinə yardım göstərilməsi üçün keçirilir.
Ümumilikdə, 2009-cu ilin avqustundan etibarən tematik təlimlərdə 250-dən çox gənc iştirak edib.