...

Azərbaycan televiziyalarında tarixi torpaqlarımız haqda verilişlərə ehtiyac var – millət vəkili Qənirə Paşayeva

Cəmiyyət Materials 21 Aprel 2010 13:24 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, xaricdə yaşayan soydaşlarımızın məlumatlandırılması üçün tarixi torpaqlarımız haqda verilişlərə ehtiyac var, - Trend-in məlumatına görə, bunu çərşənbə günü "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda millət vəkili Qənirə Paşayeva bildirib.
Azərbaycan televiziyalarında tarixi torpaqlarımız haqda verilişlərə ehtiyac var – millət vəkili Qənirə Paşayeva

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, xaricdə yaşayan soydaşlarımızın məlumatlandırılması üçün tarixi torpaqlarımız haqda verilişlərə ehtiyac var, - Trend-in məlumatına görə, bunu çərşənbə günü "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda millət vəkili Qənirə Paşayeva bildirib.

"Xarici ölkələrdə yaşayan azərbaycanlılar daim bizim kanalları izləyirlər. Onların vətənləri barədə daha geniş məlumatlandırılması üçün tarixi torpaqlarımızdan bəhs edən verilişlər hazırlanmalıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, "Biz cəmiyyət üçün nümunə olacaq insanları ekranlarda görsətməliyik".

"Bu səbəbdən Azərbaycanın Milli Qəhrəmanları haqda verilişlərin nümayişi hər kəs üçün örnək olar", - Paşayeva vurğulayıb.

Paşayevanın sözlərinə görə, sosial reklamların hazırlanması və onların televiziyalarda maneəsiz yayımlanması məsələsi də həll olunmalıdır.

"Televiziya insanların ən çox maraq görsətdiyi bir vasitədir. Əgər bundan yaxşı istifadə edilsə, inkişaf vasitəsidir, pis istifadə edilsə, qırğın silahıdır", - millət vəkili hesab edib.

Azərbaycanda 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya, 13 radio fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti