Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi aprelin 23-də Gənclərin Uğur Mərkəzini yaradacaq. Bu barədə təşkilatın məlumatında deyilir.
Yeni mərkəz Azərbaycan deputatları və gəncləri arasında körpü rolunu oynayacaq və gənclərin təcrübə və dünya görüşünün genişlənməsinə kömək edəcək. Mərkəz vasitəsilə gənclər öz bilik və bacarıqlarını deputatlara göstərə biləcək, eləcə də mərkəz tərəflər arasında əməkdaşlıq üçün şərait yaradacaq.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Qərbin demokratik dəyərləri və insan hüquqlarının təbliği ilə məşğul olur.