...

Bakıda qanunsuz aksiya zamanı saxlanılanların 9-u inzibati qaydada cərimələnib

Cəmiyyət Materials 30 Aprel 2010 19:35 (UTC +04:00)
Bakıda qanunsuz aksiya zamanı saxlanılanların 9-u inzibati qaydada cərimələnib
Bakıda qanunsuz aksiya zamanı saxlanılanların 9-u inzibati qaydada cərimələnib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Bağırov/

Bakının Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin birinci ildönümü münasibətilə keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfərin işinə baxılıb.

Onlardan 9-su inzibati qaydada cərimələnərək buraxılıb, bir nəfərə - Əhəd Məmmədliyə isə 10 sutkalıq iş kəsilib.

Bakıda ADNA-da baş vermiş faciənin birinci ildönümü münasibətilə keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfər barəsində məhkəməyə təqdimat göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə günü öncə Trend-ə bildirib ki, həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün məhkəmələrə müraciət edilib.

Zahidov saxlanılan digər şəxslərin xəbərdarlıq ediləndən sonra buraxıldığını deyib.

Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar Cəfər Cabbarlı heykəli ətrafında icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərib.

Polis icazəsiz aksiyanın qarşısını alıb.

30 aprel 2009-cu il tarixində Fərda Qədirov akademiyanın binasına daxil olaraq, odlu silahdan tələbələrə atəş açıb. Nəticədə, 12 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb. Polisin hadisə yerini dövrəyə aldığını görən cani özünü qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti