...

Azərbaycanda intensiv yağışlar nəticəsində Kürdə suyun səviyyəsi 1 metrdən çox artıb

Cəmiyyət Materials 3 May 2010 15:46 (UTC +04:00)
Azərbaycan ərazisinə yağan intensiv yağışlar ölkə çaylarının əksəriyyətində daşqınlara səbəb olub.
Azərbaycanda intensiv yağışlar nəticəsində Kürdə suyun səviyyəsi 1 metrdən çox artıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisinə yağan intensiv yağışlar ölkə çaylarının əksəriyyətində daşqınlara səbəb olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Kürün aşağı axınında daşqınlar Zərdab, Sabirabad, Şirvan, Salyan və Saatlıda suyun səviyyəsinin 1 metrdən çox artmasına səbəb olub.

Quba-Xaçmaz regionunun çaylarında suyun səviyyəsi ongünlük normanın 150-266 faizini, Balakən-Şəki regionunda 90-170 faizini, Lənkaran-Astara regionda isə 120-145 faizini təşkil edir.

Kiçik Qafqaz çaylarında çay daşqınları normadan azdır və ongünlük normanın 60-70 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti