Azərbaycanın Zərdab rayonunda daşqın üzündən 40 məktəbin şagirdi dərslərini başqa müəssisələrdə keçir
Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Zərdab rayonunda baş vermiş daşqınlar üzündən 40 məktəbin şagirdi məşğələlərini müvəqqəti olaraq başqa binalarda keçir. Bu barədə təhsil naziri Misir Mərdanov cümə axşamı məlumat verib.
Onun sözlərinə görə, daşqınlar davam edir və ona görə də məktəblərə dəyən zərərdən hələlik danışmaq olmaz.
Son həftə ərzində yağan intensiv yağışlar nəticəsində baş verən daşqınlar ölkənin Zərdab, Salyan, Neftçala rayonlarına ciddi ziyan vurub. Bu regionlardakı kəndlərin əksəriyyəti su altında qalıb.