...

Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşları 53 il müddətinə azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 7 May 2010 14:00 (UTC +04:00)
Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarına hökm oxunub.
Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşları 53 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda narkotik alverində ittiham olunan İran vətəndaşlarına hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən iclasda İran vətəndaşları Cəmşidi Davud Abutalıb oğlu 14l, Nəzəri Nürətabad Vəhdət Bəhriş oğlu 15, Rahəttələb Nahədani Məhin Yəhya qızı 13 və Hacızadə Ləyalestani Zəhra Cavad qızı 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.4), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.3, 228.4), narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər 2009-cu il iyunun 16-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhərində tutulublar. Onlardan narkotik vasitə hesab olunan həşiş və qaz tapançası da aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti