...

Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Talassemiya Mərkəzində olub

Cəmiyyət Materials 13 May 2010 14:35 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Talassemiya Mərkəzində olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Talassemiya Mərkəzində olub

Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Talassemiya Mərkəzində olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərkəzin direktoru Azər Kərimov müalicə ocağı barədə qonaqlara məlumat verərək bildirib ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.

Qeyd olunub ki, hazırda ölkəmizdə 1 000 nəfərə yaxın talassemiyalı xəstə var və onların əksəriyyəti daimi həkim nəzarəti altındadır. Beynəlxalq standartlara cavab verən mərkəzin üç regional şöbəsi də fəaliyyət göstərir.
Nümayəndə heyəti ümumi laboratoriya, qan deposu, aferez otağı, yeməkxana, konfrans zalı, 12 otaqdan ibarət klinika, molekulyar laboratoriya və transplantasiya otaqlarına baxmışdır.

Qonaqlar ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldıqlarını bildirmişlər.

Xəbər lenti

Xəbər lenti