...

Azərbaycanın səfiri Suxumi Dövlət Universitetinə baş çəkəcək

Cəmiyyət Materials 19 May 2010 14:24 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mayın 20-də Suxumi Dövlət Universitetinə baş çəkəcək.
Azərbaycanın səfiri Suxumi Dövlət Universitetinə baş çəkəcək

Gürcüstan, Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev mayın 20-də Suxumi Dövlət Universitetinə baş çəkəcək.

Səfir universitetin rektoru, professor Coni Apakidze, akademik şuranın üzvləri və tələbələrlə görüşəcək.

Əliyev mədəniyyətlərarası əlaqələr şöbəsinin keçirdiyi "səfir saatı"nda iştirak edəcək.

"2010-cu il YUNESKO tərəfindən mədəniyyətlərin yaxınlaşması ili elan edilib. Bununla əlaqədar Suxumi Dövlət Universitetində YUNESKO planının tərkib hissəsi olan tədbirin keçirilməsi planlaşdırılıb. Tələbələri öz ölkələrinin mədəniyyətləri ilə tanış etmək üçün müxtəlif ölkələrin diplomatik missiyalarının rəhbərlərinin dəvət olunduqları "səfir saatı" onlardan biridir", - universitetdən Trend-ə bildiriblər.

Xəbər lenti

Xəbər lenti