...

Azərbaycanın təbii fəlakət zonasındakı məktəblərdə tətillər nəzərdə tutulan vaxtdan tez başlayacaq - təhsil naziri Misir Mərdanov

Cəmiyyət Materials 19 May 2010 15:46 (UTC +04:00)
Azərbaycanın təbii fəlakət zonasındakı məktəblərdə tətillər nəzərdə tutulan vaxtdan iki həftə tez başlayacaq. Bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanın təbii fəlakət zonasındakı məktəblərdə tətillər nəzərdə tutulan vaxtdan tez başlayacaq - təhsil naziri Misir Mərdanov

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təbii fəlakət zonasındakı məktəblərdə tətillər nəzərdə tutulan vaxtdan iki həftə tez başlayacaq. Bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Sabirabad, Şirvan, Hacıqabul, İmişli və Salyandakı məktəblərdə dərslər nəzərdə tutulan vaxtdan tez başa çatacaq.

"Daşqınlar nəticəsində bu rayonların məktəblərində buraxılış imtahanlarının keçirilməsi cədvəlinə də dəyişikliklər edilib", - nazir deyib.

Bundan əvvəl buraxılış imtahanlarının keçirilməsi iyunun 3-nə planlaşdırılmışdı.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti