...

"Azərsun Holdinq"də talassemiyali körpələrə yardım məqsədilə qanvermə aksiyasına başlanılıb

Cəmiyyət Materials 21 May 2010 18:38 (UTC +04:00)
"Azərsun Holdinq"də talassemiyali körpələrə yardım məqsədilə qanvermə aksiyasına başlanıldı.
"Azərsun Holdinq"də talassemiyali körpələrə yardım məqsədilə qanvermə aksiyasına başlanılıb

"Azərsun Holdinq"də talassemiyali körpələrə yardım məqsədilə qanvermə aksiyasına başlanıldı.

"Azərsun Holdinq"də mayın 21-də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyasına başlanılıb. Aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin 800-ə qədər əməkdaşı qatılıb. Aksiyada iştirak edən "Azərsun Holdinq"in idarə heyətinin sədri cənab Abdulbari Gözəl aksiyanın əhəmiyyətindən danışıb və bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb", - qurumun mətbuat xidmətinin cümə günü yaydığı bəyanatda qeyd olunub.

"Mən bəzən rastlaşdığım insanlardan indiyə qədər nə yaxşılıq etdiyini soruşuram. Bəziləri deyir ki, mənim maddi imkanım yaxşı olmayıb. Lakin düşünürəm ki, Allah bütün insanlara yaxşılıq etmələri üçün imkan verib. Bu, insanın öz qanı ilə başqasına həyat vermək imkanıdır. Bundan qiymətli heç nə yoxdur. Həyata keçirilən bu aksiya ehtiyacı olan insanlar üçün həyat qədər vacib və önəmlidir. Bu cür aksiyaları mən hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm", - Gözəl deyib.

Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib. Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.

Artıq 4 ildir ki, "Azərsun Holdinq" belə bir aksiya keçirir. Belə xeyirxah aksiyaların növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti