...

Son günlərdə Azərbaycan ərazisində çaylarda suyun stabil səviyyəsi müşahidə olunur - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 1 İyun 2010 19:24 (UTC +04:00)
İyunun 1-də Azərbaycan ərazisində çaylarda suyun stabil səviyyəsi müşahidə olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Son günlərdə Azərbaycan ərazisində çaylarda suyun stabil səviyyəsi müşahidə olunur - Ekologiya Nazirliyi

Аzərbaycan, Bakı, 1 iyun /Trend, müxbir М.Əliyev/

İyunun 1-də Azərbaycan ərazisində çaylarda suyun stabil səviyyəsi müşahidə olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Ötən günlə müqayisədə Yevlax, Zərdab, Salyan məntəqələrində Kür çayında suyun səviyyəsi dəyişməyib. Suyun səviyyəsinin cüzi olaraq artması Surra (haazırda 881 sm), Şirvan (781 sm) məntəqələrində (müvafiq olaraq 2 və 1 sm artıb), Bankə məntəqəsində isə 1 sm azalma (429 sm) müşahidə olunur.

Ötən günlə müqayisədə Novruzlu məntəqəsində Araz çayında suyun səviyyəsi 598 sm təşkil etməklə 2 sm artıb, Əyriçay məntəqəsində Qanıx çayında isə 723 sm təşkil etməklə 2 sm azalıb.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti