...

Beynəlxalq Diaspor Mərkəzinin sədri bu gün Vyanaya səfər edib

Cəmiyyət Materials 3 İyun 2010 17:39 (UTC +04:00)
BDM-dən cümə axşamı Trend-ə verilən məlumata görə, səfər Avstriyada fəaliyyət göstərən Atatürk Düşüncə Dərnəyinin dəvəti ilə baş tutub.
Beynəlxalq Diaspor Mərkəzinin sədri bu gün Vyanaya səfər edib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri bu gün Vyanaya səfər edib.

BDM-dən cümə axşamı Trend-ə verilən məlumata görə, səfər Avstriyada fəaliyyət göstərən Atatürk Düşüncə Dərnəyinin dəvəti ilə baş tutub.

BDM-nin sədri İsmayıl Ağayev Avstriyada Türk və Azərbaycan dərnəkləri ilə görüşlər keçirəcək, Zalsburq və Vyana şəhərində ənənəvi olaraq türk yürüşündə BDM-in Avropadakı fəalları ilə birlikdə iştirak edəcək.

Səfər çərçivəsində Çexiyada yerləşən BDM-in Avropa ofisində bir qrup alimlərlə görüşlər keçiriləcək. Görüşdə əvvəlcədən planlaşmaya əsasən azərbaycanlıların deportasiyası və soyqırımı məsələləri ilə bağlı avropalı alimlərin yaxın aylarda Azərbaycana səfərinin detalları müzakirə olunacaq.

BDM sədri iyunun 9-da Brüssel şəhərinə səfər edəcək və burada diasporumuzun fəalları ilə görüş keçiriləcək. Səfər iyunun 10-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti