...

Azərbaycanda orta məktəblərin IX sinifləri üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirilib

Cəmiyyət Materials 11 İyun 2010 11:15 (UTC +04:00)
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi ilə əlaqədar, Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları iyunun 14-dən iyunun 18-nə keçirilib.
Azərbaycanda orta məktəblərin IX sinifləri üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi ilə əlaqədar, BakıSumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları iyunun 14-dən iyunun 18-nə keçirilib.

Azərbaycanda bu il 104 min şagird məktəbi bitirir.

Buraxılış imtahanlarında IX sinif şagirdləri iki, XI sinif şagirdləri isə səkkiz fənn üzrə imtahan verəcək.

Xəbər lenti

Xəbər lenti