...

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda "Sağlam qida" ilə bağlı layihə həyata keçirir

Cəmiyyət Materials 14 İyun 2010 21:45 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda “Sağlam qida” layihəsi həyata keçirir.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda "Sağlam qida" ilə bağlı layihə həyata keçirir

Azərbaycan, Bakı, 14 iyun /Trend, T.Hacıyev/

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD)  Azərbaycanda "Sağlam qida" layihəsi həyata keçirir. Trend-in məlumatına əsasən layihə çərçivəsində bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyində tədbir keçirilib. Tədbirdə çıxış edənlər təbii və sağlam qidanın insan orqanizmi üçün əhəmiyyətindən söz açıblar.

"Azərbaycanda hər beş qadından ikisi reproduktiv yaş həddində qanda dəmir çatışmazlığından və anemiyadan əziyyət çəkir." Bu barədə Trend-ə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə koordinatoru Karen Uelç məlumat verib.

Trendin arayışı: 1961-ci ildə ABŞ Prezidenti Con F. Kennedi Xarici Ölkələrə Yardım Aktını imzalayaraq, bu aktı qanuna çevirib və icraçı qərara əsasən USAID donor agentliyi yaradılıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyi artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

"Bu problemin qarşısını almaq məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda sağlam qidanın təbliği üçün müxtəlif tədbirlər həyata keçirir." - Uelç əlavə edib.

Xəbər lenti

Xəbər lenti