...

Azərbaycanda iyul ayı ərzində temperaturun normadan yüksək olacağı gözlənilir

Cəmiyyət Materials 1 İyul 2010 10:28 (UTC +04:00)
Azərbaycanda iyul ayı ərzində bəzi günlərdə temperaturun normadan yüksək olacağı gözlənilir.
Azərbaycanda iyul ayı ərzində temperaturun normadan yüksək olacağı gözlənilir

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda iyul ayı ərzində bəzi günlərdə temperaturun normadan yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə axşamı Trend-ə bildirib ki, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, ay ərzində yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı, aylıq yağıntı miqdarının iqlim normasına yaxın, əksər rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-26 dərəcə isti (gecələr 21-24, gündüzlər 30-33, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək); Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 16-21, gündüzlər 30-34, ayrı-ayrı günlərdə isə 36-40 dərəcəyədək yüksələcək); Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 11-15, gündüzlər 20-24, ayrı-ayrı günlərdə isə 26-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayılda orta aylıq temperaturun 24-26 dərəcə (gecələr 16-21, gündüzlər 27-32, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək); Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında temperaturun 21-24 (gecələr 14-19, gündüzlər 25-30, ayrı-ayrı günlərdə isə 32-36 dərəcəyədək yüksələcək); Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun 25-28 dərəcə (gecələr 19-23, gündüzlər 31-36, ayrı-ayrı günlərdə isə 38-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 24-26 (gecələr 18-22, gündüzlər 28-33, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Xəbər lenti

Xəbər lenti