...

Azərbaycan Hakimlərin Seçki Komitəsinin iclası keçirilib

Cəmiyyət Materials 5 İyul 2010 19:14 (UTC +04:00)
İclasda test üsuli ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 2009/2010-cu tədris ili ərzində keçirilmiş kursun nəticələri ilə bağlı məlumat dinlənilib.
Azərbaycan Hakimlərin Seçki Komitəsinin iclası keçirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın Hakimlərin Seçki Komitəsinin iclası keçirilib. İclasda test üsuli ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 2009/2010-cu tədris ili ərzində keçirilmiş kursun nəticələri ilə bağlı məlumat dinlənilib. Bu barədə komitəmnin məlumatında deyilir.

Bildirilib ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib, insan haqlarının müdafiəsi, insan hüquqları üzrə Avropa məhkəməsinin presedent hüququ, məhkəmə etikası, inzibati ədliyyə, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə ayrıca təlimlər keçirilib, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmə təşkil olunub.

İclasda tədris kursunun müvəffəqiyyətlə başa çatması vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılıb və imtahanın iyul ayının 10-u saat 10:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbuil sayılıb.

Xəbər lenti

Xəbər lenti