...

Azərbaycanda məscidlərin tikintisinə icazə verən yeni qurum yaradılıb

Cəmiyyət Materials 7 İyul 2010 13:04 (UTC +04:00)
Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb
Azərbaycanda məscidlərin tikintisinə icazə verən yeni qurum yaradılıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Azərbaycanda məscidlərin tikintisi və təmirinə nəzarət edən yeni şura yaradılıb.

"Azərbaycanda məscid tikmək və ya təmir etmək istəyən müvafiq sənədləri şuraya təqdim etməlidir. Yalnız şuranın müsbət qərarından sonra, məscid tikilə və ya təmir edilə bilər", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Orucov deyib ki, şurada yerli icra hakimiyyəti orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti