...

Azərbaycanlı gənclər Türkiyədə yay düşərgəsində iştirak edirlər

Cəmiyyət Materials 15 İyul 2010 12:32 (UTC +04:00)
Azərbaycanlı gənclər Türkiyədə yay düşərgəsində iştirak edirlər.
Azərbaycanlı gənclər Türkiyədə yay düşərgəsində iştirak edirlər

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı gənclər Türkiyədə yay düşərgəsində iştirak edirlər. Bu barədə cümə günü Trend-ə "İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Türkiyənin Karabük Gənclər və İdman Müdirliyi və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə 13-20 iyul 2010 tarixlərində "Türkiyə-Azərbaycan Gənclik Dəyişimi Fəaliyyət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin Türkiyənin Karabük, Ankara, Safranbolu və Amasya bölgələrinə tanışlıq səfəri həyata keçirilir.

Birhəftəlik düşərgənin məqsədi Türkiyənin gənclər siyasəti ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi və ölkələrin mədəniyyət gecələrini keçirməklə gənclərin ölkələr haqqında məlumatlarını genişləndirməkdir. Bundan əlavə, düşərgə iştirakçıları ilə Karabük şəhərinin rəsmiləri ilə də görüşlər keçirilməsi planlaşdırılıb.

Düşərgəyə "İRƏLİ" İctimai Birliyindən 30 nəfər fəal gənc yola düşüb.

Xəbər lenti

Xəbər lenti