...

Azərbaycan təhsilində yeni maliyyələşdirmə mexanizmi ali məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq - Parlamentin komitə sədri

Cəmiyyət Materials 15 İyul 2010 13:14 (UTC +04:00)
Azərbaycan təhsilində yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəblər arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Azərbaycan təhsilində yeni maliyyələşdirmə mexanizmi ali məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq - Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M. Əliyev/

Azərbaycan təhsilində yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəblər arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq, - Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

"Ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaq", - Hacıyev bildirib.

Azərbaycan Prezidentinin "Ali məktəblərdə yeni maliyyələşdirmə mexanizminin tətbiqi haqqında" 10 fevral 2010-cu il tarixli fərmanına əsasən, 2010/2011-ci tədris ilindən ali məktəblərin maliyyələşdirilməsi dövlət sifarişi, kadr hazırlığı isə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Belə ki, tələbələr toplanmış test balları əsasında təhsillərini davam etdirmək üçün müəssisəni özləri seçəcəklər.

Hacıyevin sözlərinə görə, bu ildən etibarən yeni maliyyələşdirmə mexanizminin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti