...

ARDNŞ-də 22 iyul Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalistə mükafatlar təqdim olunub

Cəmiyyət Materials 22 İyul 2010 05:19 (UTC +04:00)
İyulun 21-də ARDNŞ-nin Baş Ofisində 22 iyul Milli mətbuat günü münasibəti ilə neft-qaz mövzusunda yazan jurnalistlərlə görüş keçirilmişdir. Bu barədə ARDNŞ-nin rəsmi saytı xəbər verir.
ARDNŞ-də 22 iyul Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalistə mükafatlar təqdim olunub

İyulun 21-də ARDNŞ-nin Baş Ofisində 22 iyul Milli mətbuat günü münasibəti ilə neft-qaz mövzusunda yazan jurnalistlərlə görüş keçirilmişdir. Bu barədə ARDNŞ-nin rəsmi saytı xəbər verir.

Tədbiri giriş sözü ilə acan ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2010-cu il tarixli "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq, ölkənin hər yerində bu böyük mətbuat bayramı təntənə ilə qeyd olunur. O bildirmişdir ki, 135 illik tarixə malik Azərbaycan mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş "Əkinçi" qəzetindən başlanan yol bu gün uğurla davam etdirilir. Daha sonra hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı və internet resursunun vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynadığını bildirən X. Yusifzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan mətbuatını daim diqqət mərkəzində saxlayaraq, problemləri ilə maraqlandıqlarını, mətbuata hərtərəfli qayğı göstərdiklərini vurğulamışdır. O qeyd etmişdir ki, ölkə iqtisadiyyatının bütün sahələri kimi neft-qaz və kimya sənayesində baş verən yeniliklərin də mütəmadi olaraq işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür. Bunu nəzərə alaraq, Dövlət Neft Şirkəti Azərbaycan milli mətbuatının 135 illiyi münasibəti ilə şirkətin fəaliyyəti haqqında mütəmadi olaraq, mətbu və görüntülü materiallarla çıxış edən jurnalistləri mükafatlandırmışdır. Daha sonra Xoşbəxt Yusifzadə 4 nəfər jurnalistin ARDNŞ-nin Fəxri Fərmanı, 23 nəfərin isə pul mükafatı ilə təltif edildiyini söyləmiş və mükafatları təqdim etmişdir. Onlara göstərilən diqqətə görə Prezident İlham Əliyev, eləcədə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bundan sonra da neft-qaz və kimya sənayesində baş verən yeniliklərin obyektiv şəkildə işıqlandırılmasına çalışacaqlarını, Dövlət Neft Şirkəti ilə kütləvi informasiya vasitələri arasında qurulmuş əlaqənin davamlı olacağına əminliklərini vurğulamışlar.

Xəbər lenti

Xəbər lenti