...

Millət vəkili Qənirə Paşayeva Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyəti ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 24 İyul 2010 22:24 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva şənbə günü Azərbaycanda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TQF) sədri Atilla Sertelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib
Millət vəkili Qənirə Paşayeva Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyəti ilə görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Millət vəkili Qənirə Paşayeva şənbə günü Azərbaycanda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TQF) sədri Atilla Sertelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə NTV-nin büro müdiri Meri Ak, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Sezayı Matur və Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıda iştirak ediblər.

"Azərbaycan və Türk millətləri arasında heç bir fərq yoxdur. Siz düşünməyin ki hansısa başqa bir ölkəyə gəlmisiniz. Siz öz vətəninizə gəlmisiniz", - Qənirə Paşayeva bildirib.

Trendin arayışı: Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyəti iyulun 21-dən 25-dək Azərbaycanda səfərdədir. TQF nümayəndələri Azərbaycanın dövlət və ictimayi qurumlarında müxtəlif görüşlər keçiriblər.

"Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri çox zəruridir. Ölkələrimizin gerçəkliklərinin beynəlxalq aləmə çatdırılmasında jurnalistlərin üzərinə böyük yük düşür", - Paşayeva əlavə edib.

Onun sözlərinə görə, artıq TGF bu istiqamətdə xeyli işlər görüb.

"Bu fəaliyyət Azərbaycan ictimayyəti tərəfindən sevgi ilə qarşılanır. Bu istiqamətdə fəaliyyəti dahada artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır", - Paşayeva deyib.

TQF sədri Atilla Sertel bildirib ki, Qənirə xanım Paşayeva Türkiyədə tanınır və sevilir.

"Onun üçün də biz sizinlə görüşmək istəyirdik. Siz Türkiyəyə dəfələrlə səfər etmisiniz. Lakin Türkiyədə bizim sizinlə görüşməyə imkanımız olmayıb. Bu görüş bizə şərəf gətirir", - Sertel əlavə edib.

Sertel bildirib ki, Türkiyə və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində daha çox çalışacaqlar.

TQF sədri qeyd edib ki, "Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda" adlı sərgiyə start verilib.

"Sərgi Ankara, İzmir, Alaniya, Mide şəhərlərində keçirilib. Hazırda Aksaray  şəhərində keçirilir. Türkiyənin əksər şəhərlərində keçirilməsi nəzərdə tutulur. Sərgidə ermənilərin Azərbaycanda törətdikləri soyqırımlardan bəhs edən 60-dan artıq foto sərgilənir", - Sertel deyib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, TQF öz üzərinə böyük missiya götürüb.

"Hesab edirəm ki, bu türkiyəli jurnalistlərin Azərbaycana sevgisindən irəli gəlir", - Paşayeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti