...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində indiyədək 450 dini icma qeydiyyatdan keçib

Cəmiyyət Materials 27 İyul 2010 15:55 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində indiyədək 450 dini icma dövlət qeydiyyatından keçib. Bu barədə Komitənin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində indiyədək 450 dini icma qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində indiyədək 450 dini icma dövlət qeydiyyatından keçib. Bu barədə Komitənin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, iyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bir qrup dini icma sədrinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilib.

Tədbirdə çıxış edən Komitənin sədri Hidayət Orucov bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur.

"Bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər", - Orucov vurğulayıb.

Dinin və dini icmaların siyasiləşməsini yolverilməz hesab edən Komitə sədri bu cür cəhdlərin qarşısının alınmasının vacibliyini qeyd edib.

Orucov bildrirb ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması onların fəaliyyətlərinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də vətəndaşlarımızın vicdan azadlığının təmin olunmasına xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev dini icmaların nizamnamələrinə uyğun fəaliyyət göstərmələrindən, eləcə də axund və imamların yad təsirlərə qarşı barışmaz mövqe nümayiş etdirmələrinin zəruriliyindən danışıb.

Xəbər lenti

Xəbər lenti