...

Azərbaycanlı idmançı pauerliftinq üzrə dünya üçüncüsü olub

Cəmiyyət Materials 29 İyul 2010 17:25 (UTC +04:00)
Azərbaycanlı idmançı pauerliftinq üzrə dünya üçüncüsü olub. Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanlı idmançı pauerliftinq üzrə dünya üçüncüsü olub

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı idmançı pauerliftinq üzrə dünya üçüncüsü olub. Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda deyilir ki, Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində yarışan paralimpiyaçı Elşən Hüseynov bu gün 205 kq nəticə göstərərək bürünc medal qazanıb.

Yarış davam edir.

Xəbər lenti

Xəbər lenti