...

Azərbaycanda ixtisaslaşmış mədəniyyət kanalının yaradılması barədə müsabiqə elan edilib

Cəmiyyət Materials 30 İyul 2010 18:08 (UTC +04:00)
Azərbaycanda ixtisaslaşmış mədəniyyət kanalının yaradılması barədə müsabiqə elan edilib. Trend-in Milli Televiziya və Radio Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Şuranın cümə günü keçirilən iclasında qəbul edilib.
Azərbaycanda ixtisaslaşmış mədəniyyət kanalının yaradılması barədə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ixtisaslaşmış mədəniyyət kanalının yaradılması barədə müsabiqə elan edilib. Trend-in Milli Televiziya və Radio Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Şuranın cümə günü keçirilən iclasında qəbul edilib.

İclasda Azərbaycanda teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib, teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığı xüsusi vurğulanıb. Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli-mənəvi dəyərlərinin, dünya mədəniyyət incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli televiziya kanalının açılmasının zəruriliyi qeyd edilib.

Qərara əsasən, avqustun 4-dən sentyabrın 4-nə qədər Bakı və Abşeron ərazisində 44-cü tezlik resursunda ixtisaslaşmış teveviziya kanalının (mədəniyyət televiziya kanalının) açılması ilə bağlı müsabiqə elan edilib.

Xəbər lenti

Xəbər lenti