Qəbələ festivalı Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir - YUNESKO-nun baş direktoru İrina Bokova

Qəbələ festivalı Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir - YUNESKO-nun baş direktoru İrina Bokova

Qəbələ festivalı Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir. Bunu cümə günü Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokova deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimdə həmçinin Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak ediblər.

"Bu beynəlxalq festival üçün möhtəşəm səhnə olan qədim Qəbələ şəhərində bu axşam keçirilən qala-konsertdə Sizinlə bir yerdə olduğumdan xüsusi məmnunluq duyuram. Dünyanın görkəmli virtuozlarının bir qisminin toplaşdığı bu festival yaxın və uzaq ellərdən gəlmiş musiqisevərlərin məşhur Azərbaycan musiqi mədəniyyətinin inciləri ilə tanış olması üçün müstəsna imkan yaradır.
İcazə verin, ilk növbədə, məni dərin hörmət və ehtiramla qəbul etmiş Prezident Əliyevə səmimi təşəkkür edim və məmnunluq hissi ilə bildirim ki, Siz YUNESKO-nun prioritetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə uğur qazanmısınız. Çox sağ olun, cənab Prezident.
Mən həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ən səmimi təşəkkürümü bildirmək istərdim. Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, YUNESKO üçün şərəfdir. Lakin mən deyərdim ki, Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız. Çox sağ olun, Mehriban xanım. Mən bu sözləri Sizin gənclərin işinə, təhsil və dialoq işinə sədaqətinizi nəzərə alaraq deyirəm. Siz ölkənin hər yerində musiqi məktəbləri açmısınız, bütün uşaqların, o cümlədən yoxsul ailələrdən olan uşaqların musiqi təhsili almasına imkan yaratmısınız. Fikrimcə, biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi - şifahi ədəbiyyatın müxtəlif nümunələrindən başlamış müasir musiqi sənətinə qədər - bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur", - İrina Bokova deyib.

Onun sözlərinə görə, Qəbələ festivalı çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri təşkil edilir, ənənəvi, klassik, müasir musiqini və cazı əhatə edən proqram həyata keçirilir.

"Bu festival Azərbaycanın musiqi ruhunun və səxavətinin əksidir. İcazə verin, festivalın bədii direktorlarının xidmətlərini qeyd edim və London Kral Filarmonik Orkestrini, Yuri Başmeti, Boris Berezovskini və bir sıra digər görkəmli ifaçıları salamlayım, bu axşam öz dəyərli istedadını bizimlə bölüşdüklərinə görə onlara təşəkkür edim.
Qəbələ beynəlxalq mədəni görüşlər üçün ən münasib yerdir. Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi, çiçəklənən region olmuşdur. Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması və populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir.
Belə nümunələrdən biri muğamdır. YUNESKO tərəfindən tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş bu janr fars, türk və ərəb ənənələri əsasında klassik poeziyanı və improvizasiyanı özündə birləşdirərək insanı vəcdə gətirən melodiyalar yaradır və nəticə etibarilə Azərbaycan ənənələrini təşkil edir. Bu siyahıya sizin ölkənin mədəni bənzərsizlik rəmzlərindən biri olan poeziyanı, dastanları, rəqsləri, vokal və instrumental musiqini birləşdirən Azərbaycan aşıq sənəti də daxildir. Digər tərəfdən, Yeni il bayramı - hər il martın 21-də Azərbaycanda, habelə Türkiyədə, Hindistanda, İranda qeyd edilən Novruz bayramı əfsanələr, rəvayətlər, rituallar, dünyanın mədəni dəyərlərini, ailələr və icmalar arasında həmrəyliyi inkişaf etdirən festivallarla bağlıdır.
Xanımlar və cənablar, özünüifadənin bütün bu formaları çoxəsrlik tarixə malikdir. Bu gün də mövcud olan həmin formalar qəlbimizin ən incə tellərinə toxunur, çox vaxt müasir meyillərin təsiri altında inkişaf edir. Bizim identikliyimizi formalaşdıran bu ənənələr varislik və mənsubluq hissləri doğurur. Əminəm ki, özünüifadənin çox zəngin musiqi formalarının, dünyanın digər mədəni ənənələrinin populyarlaşdırılması budəfəki festivala bənzər təşəbbüslər vasitəsilə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə imkan yaradacaqdır", - YUNESKO-nun baş direktoru deyib.

İrina Bokova qeyd edib ki, biz sürətli sosial-iqtisadi dəyişikliklərlə səciyyələnən qloballaşma dövründə yaşayırıq və ənənəvi özünüifadə formalarının tükənməsindən, hətta itirilməsindən ehtiyat edirik.

"Bu özünüifadə formalarının populyarlaşdırılmasının ən yaxşı yolu isə festivalların, mədəni mübadilələrin və digər layihələrin köməyi ilə, habelə bu bədii formaların öyrənilməsi və onların gənc nəslə çatdırılması üçün şərait yaratmaq yolu ilə onlarla tanış olmaqdır.
Xanımlar və cənablar, bu festival bizim bu gün, 2010-cu ildə bayram etdiyimiz, Birləşmiş Millətlər Təşkilatı və YUNESKO tərəfindən keçirilən "Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili"nin ruhuna tam uyğundur. Bu ideya mənə çox yaxındır ki, biz ölkələr çərçivəsində və onların arasında mədəniyyətlərarası dialoq vasitəsilə daha çox qarşılıqlı anlaşmaya, hörmətə və həmrəyliyə nail olmağa kömək edə bilərik. Müasir aləmdə əsl dünya mədəniyyəti yaratmaq üçün bu dəyərləri təbliğ etmək lazımdır. Biz bu il və sonrakı dövrdə qəlblərin və zəkaların görüşünü təşviq etmək üçün yeni kanallar və yollar açmağa çalışacağıq.
Başqa aləm kəşf etməyin saysız-hesabsız üsulları vardır. Lakin bu gün biz həmin məqsədə ən universal dil və mədəni dialoqun ən mükəmməl metaforası olan musiqinin köməyi ilə nail oluruq. Azərbaycan identikliyində dərin kökləri olan, hər birimizin qəlbində estetik duyğular oyadan musiqi, mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların yaxınlaşması üçün ən yaxşı vasitədir. Sizin əfsanəvi şairiniz Nizami Gəncəvi XII əsrdə məhəbbət haqqında özünün ölməz poeziyasında yazırdı: Gələcəyi görə bilmirik, hər bir insanın tale telləri adi gözlə görünən dünyanın hüdudlarından çox-çox uzağa aparır. Biz bu tellərin haraya apardığını görə bilmirik, kim deyə bilər ki, bugünkü açar sabah qıfıla, bugünkü qıfıl isə açara çevrilməyəcəkdir. Qıfıl qorxudursa, açar dialoqdur. Mən istəyirəm ki, bu nüfuzlu beynəlxalq festival xalqların və mədəniyyətlərin müxtəlifliyinin rəmzi olsun, bu müxtəliflik sizin bəzən "Odlar yurdu" adlandırılan ölkənizi müxtəlif dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək üçün bir səhnəyə çevirsin", - Bokova deyib.

Sonra İrina Bokova YUNESKO-nun "Qızıl Motsart" medalını Mehriban xanım Əliyevaya təqdim edib.

"Festivala başlamazdan əvvəl istərdim ki, musiqi sərrafı, əsl insanpərvər və indicə qeyd etdiyim kimi YUNESKO-nun dostu olan xanım Mehriban Əliyevaya məhz bu bayram çərçivəsində bir daha xüsusi ehtiramımı bildirim.
Hörmətli xanımlar və cənablar, hörmətli xanım Əliyeva, icazə verin, Sizin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinizin, mədəniyyətlərarası dialoqun inkişafı naminə daim göstərdiyiniz səylərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfənizin, YUNESKO-nun ideallarına və məqsədlərinə sadiqliyinizin təsdiqlənməsi əlaməti olaraq YUNESKO-nun "Qızıl Motsart" medalını böyük məmnuniyyətlə Sizə təqdim edim", - İrina Bokova deyib .

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcək
Dünyada son bir həftədə rekord sayda şəxs koronavirusa yoluxub
Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün! - Nazirlikdən yeni videoçarx
Tunis sahillərində miqrantları aparan qayıq batıb, 11 ölü var
Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib
Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər
Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv edilir
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Boy hormonu çatışmazlığı olan 450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı
Yasamalda 7 küçə əsaslı təmir olunur (FOTO/VİDEO)
Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb (FOTO)
Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?
Ağacları kəsən şirkət cəzalandırılıb
Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı
Ötən gün qaz istehlakı maksimal həddə çatıb - "Azəriqaz"
Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi
SOCAR və “Equinor” şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir (FOTO/VİDEO)
Daha bir məktəb distant təhsilə keçir
Bu şəhər və rayonlarda vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ağaclar kəsilib, cinayət işləri açıldı
İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı AÇIQLANDI
Zəfər Günü ilə bağlı amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 hərbçiyə tətbiq edilib
Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb - Hərbi prokuror
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir - TƏHLİL
Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb - Xanlar Vəliyev
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
Gələn ay Ümrə ziyarətinin tarixləri və bilet qiymətləri məlum olub
İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb
“Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edilib
Bütün xəbərlər