Azərbaycan, Bakı, 6 avqust /Trend/
Azərbaycan ombudsman yanında yaradılmış Milli Preventiv Mexanizm Qrupunun üzvləri Bakı İstintaq təcridxanasına, 3 saylı İstintaq təcridxanasına və 15 saylı cəzaçəkmə müəssisənə baş çəkiblər.
Ombudsman Aparatının mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, müəssisələrə baş çəkməkdə məqsəd məhkumların, təqsirləndirilən şəxslərin saxlanma şəraiti və onların ombudsmana ünvanladıqları müraciətlərin araşdırılması olub.
Hər üç müəssisəyə başçəkmə zamanı orada saxlanılan şəxslər saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.
Saxlanılanlardan bəziləri barələrində çıxarılmış məhkəmə hökmündən və istintaqdan narazı olduqlarını bildiriblər.