...

Gənclər və İdman Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanda totalizatorların fəaliyyətinə nəzarət edəcək - nazir

Cəmiyyət Materials 6 Avqust 2010 15:31 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanda totalizatorların fəaliyyətinə nəzarət edəcəklər.
Gənclər və İdman Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanda totalizatorların fəaliyyətinə nəzarət edəcək - nazir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanda totalizatorların fəaliyyətinə nəzarət edəcəklər. Bu barədə cümə günü mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Nazirlik tərəfindən müvafiq əsasnamə qəbul edildikdən sonra totalizatorların işinə nəzarət olunacaq", - nazir qeyd edib.

Gənclər və İdman Nazirliyində Türkiyənin "İnteltex" şirkəti ilə birgə totalizatorların fəaliyyətinə nəzarət edəcək "Azəridmansevis" şöbəsi yaradılıb.

"Yaradılmış "Azinteltek" şirkəti ortaya qoyulan pulların qəbulu üzrə məntəqələrin açılması işini həyata keçirəcək. Gənclər və İdman Nazirliyi təkcə bu prosesin yaradılması və həyata keçirilməsində deyil, həm də bu fəaliyyətdən ölkədə idmanın inkişafına vəsaitin ayrılmasında maraqlıdır", - Rəhimov vurğulayıb.

Bunda əvvəl bildirilmişdi ki, 2010-cu ilin avqustuna bütün ölkədə 300-dək bukmeyker kontoru açılacaq.

Dövlətin totalizatorda gəlir payı 70, AFFA-nın isə 30 faiz təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti