...

Azərbaycanda ali və orta ixtisas məktəblərinin vakant yerlərinə sənəd verən abituriyentlərin sayı müəyyənləşib

Cəmiyyət Materials 11 Avqust 2010 14:53 (UTC +04:00)
Azərbaycanda 24 min 80 nəfər abituriyent ali məktəblərin vakant yerlərinə və orta ixtisas məktəblərinə sənəd verib.
Azərbaycanda ali və orta ixtisas məktəblərinin vakant yerlərinə sənəd verən abituriyentlərin sayı müəyyənləşib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 24 min 80 nəfər abituriyent ali məktəblərin vakant yerlərinə və onbirillik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verib. Bu barədə çərşənbə günü Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib.

"Doqquzillik təhsil bazasından orta ixtisas müəssisələrinə 31 minə yaxın abituriyent sənəd verib. Nəticələrin sabah elan olunacağı gözlənilir. Nəticələrin elan edilmə vaxtı ilə bağlı hər hansı dəyişiklik olarsa, ictimaiyyətə bu barədə məlumat veriləcək", - Nağızadə əlavə edib.

TQDK Azərbaycanın onbirillik təhsil bazası əsasında orta texniki peşə məktəblərində və ali məktəblərdə ixtisasların seçilməsi üzrə prosedurun müddətini 11 avqust saat 10:00-dək uzadıb. İxtisasların seçilmə proseduru avqustun 10-da saat 24:00-da başa çatmalı idi.

Azərbaycanın ali məktəblərində 2757 vakant yer qalıb. Doqquzillik təhsil bazası əsasında orta texniki peşə məktəblərinə sənəd qəbulunu isə TQDK 11 avqust saat 12:00-dək uzadıb.

Xəbər lenti

Xəbər lenti