Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/
İranın paytaxtı Tehranda sentyabrın 19-da "Azərbaycan Respublikası: region və dünyada yeri və rolu" mövzusunda seminar keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun məlumatında deyilir.
Milli Məclisin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və institut əməkdaşlarının çıxış edəcəyi seminarda Azərbaycan-İran münasibətləri, Azərbaycan-Rusiya münasibətləri və onların Qafqaz regionuna təsiri, Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan-Türkiyə münasibətləri və bunun Türkiyə-Ermənistan münasibətlərinə təsiri, Azərbaycanın MDB ölkələri, Qərb və Aİ ilə münasibətləri, onların Qarabağ münaqişəsinin həllində rolu, ATƏT-in Minsk qrupu və s. mövzularda məruzələr ediləcək.
Seminar Azərbaycanın İrandakı Səfirliyi və Tehran Universitetinin dəstəyi ilə baş tutacaq.