...

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak ediblər

Cəmiyyət Materials 16 Avqust 2010 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir M.Əliyev/

Moskvada bir ay sonra start götürəcək bədii gimnastika üzrə dünya çempionatı yaxınlaşdıqca, Azərbaycan gimnastları "nəzəriyyədən praktikaya" keçiblər.

Beləliklə, səfalı Xorvatiyada 2 ay davam edən təlim-məşq toplanışlarını başa vuran gimnastlarımız, bütün dünyada "kiçik Paris" kimi tanınan Budapeştə yola düşüblər. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

"Qarantika Kap" beynəlxalq turnirində Aliyə Qurbanova, Anna Qurbanova, Samirə Mustafayeva çıxış ediblər. "Avro-2010"nun bürünc mükafatçısının məşqçisi Dinara Gimatovanın qeyd etdiyi kimi, onun yetirməsi müxtəlif növlərdə üç Rusiya idmançısından sonra 4-cü yeri tutub. Qurbanova 8-ci , Mustafayeva isə 11-ci olub.

"Bu, heç də təsadüfi deyil", - məşqçi deyir. - "Məşqlər zamanı biz dünya çempionatında göstəriləcək bütün proqramları yeniləşdirmişik, onlara mürəkkəblik və eyni zamanda, incəlik əlavə etmişik. Bu hərəkətləri Macarıstandakı turnirdə təkrarlayacağımız qərarına gəldik. Əlbəttə, hərəkətlərin yerinə yetirilməsində heç də hər şey ideal deyil, lakin ehtiyatımızada hələ bir ay və iki yoxlama turniri var. Həmin turnirlərdən biri avqustun sonunda İtaliyada keçiriləcək Dünya Kubokunun mərhələsidir. Odur ki, ümid edirəm, tam forma şəklini dünya çempionatı başlanan anda alacağıq.

Azərbaycan komandasının qrup turnirinə gəldikdə isə, qızlar öz məşqlərini Bolqarıstanda davam etdirirlər. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva kollektivin dünya çemponatında çıxış edəcək kompozisiyalarına düzəlişlər edib. Moskva çempionatı başlanmazadan əvvəl, son yoxlama sentyabrın əvvəlində İsraildə keçiriləcək yarış olacaq və elə orada da çempionat oyunlarının ilk nümayişi keçiriləcək".

Bu günlərdə Sinqapurda start götürmüş Yeniyetmələrin I Olimpiya Oyunları sıyahısında Azərbaycan gimnastlarından heç kim olmasa da, Azərbaycan gənc gimnastların turnirində təmsil olunacaq, daha dəqiq desək, beynəlxalq dərəcəli hakim Natalya Bulanova oyunlarda gimnastların çıxışlarını qiymətləndirəcək hakimlərin siyahısına daxil olub.

Xəbər lenti

Xəbər lenti