Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir T.Hacıyev/
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində, avqustun 19-da Dortmund şəhərindəki "Vestfalenştadium"da keçiriləcək "Borussiya" - "Qarabağ" oyununu idarə edəcək hakimlərin adları müəyyənləşib. Trend-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının internet saytına istinadən verdiyi məlumata görə, oyunu Rumıniyadan olan hakimlər - baş hakim Pavel Kristian Balay, baş hakimin köməkçiləri - Zoltan Szekeli, İonel Popa və dördüncü hakim - Auqustus Viorel Konstantin idarə edəcəklər.
Oyunun hakim-inspektoru Hollandiyalı Rene Temmink, UEFA nümayəndəsi isə Kiprli George Fantaros olacaq.
Cavab oyunu isə avqustun 26-da keçiriləcək.