...

Azərbaycanda bu il 57 insan alveri cinayət faktı aşkarlanıb

Cəmiyyət Materials 23 Avqust 2010 12:18 (UTC +04:00)
Azərbaycanda bu il 57 insan alveri cinayət faktı aşkarlanıb.
Azərbaycanda bu il 57 insan alveri cinayət faktı aşkarlanıb

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu il 57 insan alveri cinayət faktı aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Beynəlxalq insan alverinə qarşı mübarizə gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Araz Babayev bildirib.

"Aşkar olunmuş 57 cinayət faktı nəticəsində 21 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 27 nəfər insan alveri qurbanı aşkar olunub. Qurbanlardan 11 nəfərə sığınacaq verilib, 5 nəfər işlə təmin olunub, 21 nəfər isə müvafiq peşə kurslarına cəlb olunub", - Babayev əlavə edib.

Dünyada hər il avqustun 23-ü Beynəlxalq insan alverinə qarşı mübarizə günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti