Gürcüstan, Tbilisi, 26 avqust /Trend, müxbir N.Kirsxaliya/
Batumidə gey-parad ərəfəsində onun əleyhdarlarının aksiyası keçirilib. Müqəddəs Varvara məbədinin etiqadçıları və həmçinin, orada istirahət edənlər gey-paradın təşkilatçıları və iştirakçılarının dayandıqları "Şeraton" mehmanxanası istiqamətində nümayiş keçiriblər.
Aksiya içtirakçılarının sözlərinə görə, pravoslav ölkəsində gey-parad keçirilməməlidir. Onlar hökuməti patriarxlığın bəyanatına diqqət yetirməyə və mövcud nümayişin keçirilməsinə yol verməməyə çağırıblar.
İlkin məlumatlara görə, gey-parad avqustun 26-da keçirilməlidir, lakin Batumi İcra Hakimiyyətindən bu barədə heç nə bilmədiklərini bəyan ediblər.