...

Sumqayıtlı məzunların 41,3 faizi tələbə adını qazanıb

Cəmiyyət Materials 30 Avqust 2010 16:08 (UTC +04:00)
Aparılan ilkin təhlillərə görə, şəhər üzrə ali məktəblərə qəbul faizi bu il də yüksək olub.
Sumqayıtlı məzunların 41,3 faizi tələbə adını qazanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Ali məktəblərə qəbul üzrə dövlət imtahanlarının nəticələrinə əsasən, Sumqayıt şəhər məktəblərindən məzun olmuş abituriyentlərin 41,3 faizi tələbə adını qazanıb. Bu barədə Sumqayıt şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Aparılan ilkin təhlillərə görə, şəhər üzrə ali məktəblərə qəbul faizi bu il də yüksək olub.

Belə ki, ali məktəblərə sənəd vermiş 3224 abituriyentdən 1330-u, yəni 41,3 faizi tələbə adını qazanıb. Bu, ötənilki göstəricidən 0,3 faiz çox olmaqla, qəbul imtahanları tarixində Sumqayıtda qeydə alınmış ən yüksək göstəricidir.

Xəbər lenti

Xəbər lenti