...

Azərbaycanda KİV-in reklam bazarının genişləndirilməsi teleradio kanallarına da şamil olunacaq - MTRŞ sədri

Cəmiyyət Materials 2 Sentyabr 2010 13:27 (UTC +04:00)
Azərbaycanda KİV-in reklam bazarının genişləndirilməsi ölkədə fəaliyyət göstərən teleradio kanallarına da şamil olunacaq.
Azərbaycanda KİV-in reklam bazarının genişləndirilməsi teleradio kanallarına da şamil olunacaq - MTRŞ sədri

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycanda KİV-in reklam bazarının genişləndirilməsi ölkədə fəaliyyət göstərən teleradio kanallarına da şamil olunacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Hazırda reklamla bağlı məsələ gündəmdədir və gələcəkdə MTRŞ bu məsələyə xüsusi önəm verəcək. Bu baxımdan mediadan söz gedirsə, teleradio kanalları da reklam üzrə ümumi vergidən azad edilməsindən kənarda qalmamalıdırlar", - Şura sədri bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən gün jurnalistlərə açıqlamasında qurumun KİV-in reklam bazarının genişləndirilməsinə kömək etmək, xüsusilə də kütləvi informasiya vasitələrinin reklam üzrə ümumi vergidən azad edilməsi məsələsinin həlli istiqamətində çalışdığını bildirib.

Məhərrəmlinin sözlərinə görə, hazırda dövri mətbuatın, yəni qəzet və jurnalların reklamla bağlı vəziyyətləri bir o qədər ürəkaçan deyil və bu səbəbdən, onlar xüsusi olaraq reklam bazarının yaxşılaşdırılması sahəsinə maraq göstərirlər. Lakin Şura sədri bildirib ki, televiziyalar da bu işlərdən kənarda qalmayacaqlar.

MTRŞ sədri qeyd edib ki, medianın əsas hissəsini elektron media təşkil edir - dövri mətbuatdan fərqli olaraq, elektron medianın cəmiyyətə təsir imkanları daha böyükdür, insanların məlumat əldə etməsində dövri mətbuatla elektron media arasında fərq çox böyükdür.

Xəbər lenti

Xəbər lenti