...

Bu gün Day.Az xəbər portalının yeddi yaşı tamam olur

Cəmiyyət Materials 4 Sentyabr 2010 13:56 (UTC +04:00)
Bu gün Day.Az xəbər portalının yaradılmasından yeddi il ötür.
Bu gün Day.Az xəbər portalının yeddi yaşı tamam olur

Bu gün Day.Az xəbər portalının yaradılmasından yeddi il ötür. Mövcud olduğu dövr ərzində Day.Az Azərbaycanın ən məşhur və nüfuzlu KİV şəbəkəsinə çevrilib.

Day.Az dövlət və beynəlxalq miqyaslı hadisələrlə bağlı xəbərlərin dərindən işlənərək operativ verilməsi kimi bir neçə vəzifəni eyni vaxtda yerinə yetirir. Day.Az-ın siyasəti hadisələrin müstəqil müəllif qiymətləndirilmələrinə yönəldilib və istifadəçilərə orijinal publisistik materiallar təqdim edir.

TREND BİA-nın kollektivi öz həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayır.

Xəbər lenti

Xəbər lenti