...

Gürcüstan Azərbaycanlıları Konqresi ABŞ-da Quranın təhqir olunmasına etirazını bildirib

Cəmiyyət Materials 14 Sentyabr 2010 17:45 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ABŞ-da islamın müqəddəs kitabı - Quranın təhqir olunmasına etirazını bildirib.
Gürcüstan Azərbaycanlıları Konqresi ABŞ-da Quranın təhqir olunmasına etirazını bildirib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ABŞ-da islamın müqəddəs kitabı - Quranın təhqir olunmasına etirazını bildirib.

Bununla bağlı GAK-ın bu gün qəbul etdiyi etiraz bəyanatında deyilir ki, Gürcüstan azərbaycanlıları ABŞ-da Quranın təhqir olunmasını insanlığa sığmayan hərəkət hesab edərək bütün dünyəvi dinləri bu təhqirə etirazlarını bildirməyə çağırıb. Məlumatı çərşənbə axşamı Konqresin mətbuat xidməti yayıb.

"Müqəddəs Quran kitabını təhqir edənlər düşünməlidirlər ki, həmin kitabda İsa peyğəmbər, Həzrəti Məryəmin də adları çəkilir", - bəyanatda qeyd olunub.

Beynəlxalq KİV-in məlumatına əsasən, sentyabrın 11-də Ağ ev qarşısında müsəlmanların müqəddəs kitabı - Qurani-Kərim aralarında radikal "Çay Partiyası"nın (Tea Party) liderinin də olduğu kiçik bir islamofob qrupun aksiyasında cırılıb. Bundan başqa, "Çay Partiyası"nın lideri Bekam müqəddəs Quranın xristianlar və yəhudilər barədə yazılmış səhifələrini cıraraq plastik bir qaba qoyub.

O, müqəddəs kitabın səhifələrini yandırmamasının səbəbini Ağ ev qarşısında hər hansı bir əşyanın yandırılmasının ağır bir cinayət olması ilə izah edib. Eyni vaxtda ABŞ-ın Tennesi ştatında Bob Old adlı bir rahib köməkçisi ilə birlikdə Qurani-Kərimi yandırıb. Bu iki rahib Qurani-Kərimlə yanaşı, islam peyğəmbərinin adı olan bir kitabı da yandırıblar.

Xəbər lenti

Xəbər lenti