...

Batumidə festival çərçivəsində Azərbaycan rejissorunun filmi nümayiş olunub

Cəmiyyət Materials 16 Sentyabr 2010 15:51 (UTC +04:00)
Batumidə Beynəlxalq müəllif kinosunun V yubileyi çərçivəsində Azərbaycan rejissorunun filminin nümayişi uğurla keçib.
Batumidə festival çərçivəsində Azərbaycan rejissorunun filmi nümayiş olunub

Gürcüstan, Tbilisi, 16 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Batumidə Beynəlxalq müəllif kinosunun V yubileyi çərçivəsində Azərbaycan rejissorunun filminin nümayişi uğurla keçib.

Dünən festival çərçivəsində Azərbaycan rejissoru Çingiz Rəsulzadənin "Kuklalar" filmi nümayiş edilib.

Batumi Dram teatrında göstərilən kino nümayişində baş rolun ifaçısı və filmin operatoru iştirak edib. 85 dəqiqəlik film festival iştirakçıları və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Çingiz Rəsulzadənin "Kuklalar" filminin nümayişi Batumi Dram teatrında keçirilən üçüncü müsabiqə filmidir.

Xəbər lenti

Xəbər lenti