...

Yunanıstanın nüfuzlu ali məktəbində Heydər Əliyev adına mükafat təsis olunacaq – səfir

Cəmiyyət Materials 18 Sentyabr 2010 11:39 (UTC +04:00)
Azərbaycanın Yunanıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Yunanıstanın ən nüfuzlu ali məktəblərindən biri olan (onun MBA proqramı Avropada ən güclü proqramlardan hesab olunur) Afina İqtisadiyyat və Biznes Universitetində yunan tələbələr üçün Ümummilli lider Heydər Əliyevin adını daşıyan mükafatın təsis olunması planlaşdırılır. Bu barədə Trend-ə cümə günü Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev məlumar verib.
Yunanıstanın nüfuzlu ali məktəbində Heydər Əliyev adına mükafat təsis olunacaq – səfir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Yunanıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Yunanıstanın ən nüfuzlu ali məktəblərindən biri olan (onun MBA proqramı Avropada ən güclü proqramlardan hesab olunur) Afina İqtisadiyyat və Biznes Universitetində yunan tələbələr üçün Ümummilli lider Heydər Əliyevin adını daşıyan mükafatın təsis olunması planlaşdırılır. Bu barədə Trend-ə cümə günü Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev məlumar verib.

Səfir bildirib ki, mükafat bu universitetin tələbələrinə Azərbaycana və Azərbaycan-Yunanıstan münasibətlərinə həsr olunmuş ən yaxşı elmi işə və araşdırmaya görə təqdim olunacaq.

"Mən artıq universitet rəhbərliyi ilə söhbət etmişəm və o, bu təşəbbüsü müsbət qarşılayıb. Biz indi universitetin rəsmi cavabını və ali məktəbin Elmi Şurasının bu qərarı təsdiqləməsini gözləyirik. Növbəti addım kimi münsiflər heyəti yaratmağı planlaşdırmışıq. O, maraqlı mövzuların siyahısını tərtib edəcək, onları yuxarı kurslarda təhsil alan yunan tələbələrə təqdim edəcək və sonda müsabiqəyə yekun vuracaq. Universitetin xüsusiyyətlərini nəzərə alaraq, biz tələbələrə təkcə iqtisadi və energetik mövzularda deyil, həm də ikitərəfli əməkdaşlıq sahəsində konkret layihələrin reallaşdırılması üzrə təkliflər də təqdim edə bilərik. Ən yaxşı işlərə görə mükafat təqdim olunacaq və maraqlanan müəlliflər öz elmi araşdırmalarını davam etdirmək üçün gələcəkdə Azərbaycana səfər etmək imkanı əldə edəcəklər", - səfir bildirib.

Mustafayevin sözlərinə görə, bu təşəbbüs yunan tələbə gənclərin Azərbaycana maraqlarını artırmaq, ölkəmizin iqtisadiyyatını, daxili və xarici siyasətini öyrənmək üçün stimullaşdırmaq məqsədi daşıyır ki, bu da ölkələrimiz arasında böyük qarşılıqlı anlaşmaya və inkişafa kömək edir.

Xəbər lenti

Xəbər lenti