...

Gürcüstan hökuməti azərbaycanlıların idmana cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirir - nazir

Cəmiyyət Materials 22 Sentyabr 2010 18:56 (UTC +04:00)
Gürcüstan hökuməti azərbaycanlıların idmana cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirir. Bu ölkənin gənclər və idman naziri belə fikirdədir.
Gürcüstan hökuməti azərbaycanlıların idmana cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirir - nazir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Gürcüstan hökuməti azərbaycanlıların idmana cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirir. Bu ölkənin gənclər və idman naziri belə fikirdədir.

Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı regionlarında hazırda yeni idman zalları və idman məktəbləri tikilir. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Gürcüstanın gənclər və idman naziri Vladimir Vardzelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstandakı azərbaycanlılar idmanda fəaldırlar.

"Gürcüstanda yaşayan azərbaycanlılar idman siyasəti və idmanla bağlı bütün proqramlara cəlb olunurlar", - gürcü nazir qeyd edib.

Qeyri-rəsmi statistikaya görə, Gürcüstanda təxminən 500 min azərbaycanlı yaşayır.

Vardzelaşvili onu da qeyd edib ki, Bakıya səfəri zamanı azərbaycanlı həmkarı ilə görüşmək və onunla bu sahədə gələcək əməkdaşlığı müzakirə etmək niyyətindədir.

Gürcü nazir Avropa ölkələri idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşündə iştirak edir.

İki ildə bir dəfə keçirilən konfransda Avropanın 36 ölkəsinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti