...

Bakıda Avropa ölkələrinin idman nazirləri idmançıların viza almalarının sadələşdirilməsi barədə razılığa gəliblər

Cəmiyyət Materials 22 Sentyabr 2010 20:19 (UTC +04:00)
Avropa ölkələrinin gənclər və idman nazirləri Bakıda idmançıların viza almalarının sadələşdirilməsi üzrə işlərin görülməsi barədə razılığa gəliblər.
Bakıda Avropa ölkələrinin idman nazirləri idmançıların viza almalarının sadələşdirilməsi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa ölkələrinin gənclər və idman nazirləri Bakıda idmançıların viza almalarının sadələşdirilməsi üzrə işlərin görülməsi barədə razılığa gəliblər.

"Bakıda keçirilən görüşün gedişində dövlət idarələrinin gənclər və idman sahəsində Daxili İşlər və Xarici İşlər nazirlikləri ilə bu problemin qarşısının alınması üçün əməkdaşlıq etmələrinin zəruriliyi qeyd olunub", - çərşənbə günü jurnalistlərə Avropa Şurasının təhsil, mədəniyyət, irs, gənclər və idman məsələləri üzrə baş direktoru xanım Qabriella Battani-Draqoni deyib.

Təkcə 2009-cu ildə Avropada iştirak üçün idmançıların 1 milyon avroyadək xərclədikləri 600-dək yarış təşkil olunub. Bakı konfransı zamanı vizaların verilməsinin sadələşdirilməsi ilə bağlı variantların hazırlanması barədə razılıq əldə olunub.

Qabriella Battani-Draqoni əminliyini ifadə edib ki, gənclər və idman nazirlərinin Serbiyada keçiriləcək növbəti görüşündə bu məsələ ilə bağlı son razılıq əldə olunacaq.

Çərşənbə günü Bakıda Avropa ölkələri gənclər və idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşü başa çatıb. İki ildə bir dəfə keçirilən konfransda Avropanın 36 ölkəsinin nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti