...

Azərbaycanda daha altı KİV "qara siyahı"ya daxil edilib

Cəmiyyət Materials 28 Sentyabr 2010 17:08 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının qərarına əsasən, daha altı KİV "qara siyahı"ya salınıb.
Azərbaycanda daha altı KİV "qara siyahı"ya daxil edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Mətbuat Şurasının qərarına əsasən, daha altı KİV "qara siyahı"ya salınıb.

Çərşənbə axşamı Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclasında Şikayət komissiyasına təqdim olunan 11 KİV haqqında məsələ müzakirə olunub, onların 6-nın fəaliyyəti "reket" kimi qəbul edilərək Şuranın "qara siyahı"sına daxil edilib. Bu barədə çərşənbə axşamı Mətbuat Şurasından verilən məlumatda deyilir.

İclas zamanı digər beş KİV ilə bağlı araşdırmaların aparılmasının məqsədəuyğunluğu qərara alınıb.

Bundan əlavə, "Reket jurnalistika"ya qarşı mübarizə komissiyası üzvlərinin iclasında yerlərdə araşdırmaların genişləndirilməsinin vacibliyi vurğulanıb, belə ki, bu təcrübə artıq öz nəticələrini verib.

Xəbər lenti

Xəbər lenti